Pomidor şorbasından tarakan çıxdı - “MADO”da İYRƏNCLİK + FOTOLAR
“Mado” restoranlar şəbəkəsinin Gənclik Mall filialında müştəriyə təqdim edilən şorbadan tarakan çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatı bloger Saleh Nəsirov paylaşıb.
Restoranın müştərilərindən biri blogerə yazaraq bu biabırçılığı ictimailəşdirməsini istəyib:
“”Mado”da pomidor şorbasından tarakan çıxdı. Hələ də özümə gələ bilmirəm. Oranın artıq zayı çıxıb. Bəlkə, ictimailəşsə, özlərini bir az düzəldərlər”.
Müştərinin sözlərinə görə, restoran əməkdaşları baş verən hadisəyə görə üzr istəyib və müştəriyə desert təklif ediblər.
Banu