Bu tarixdə maqnit qasırğası olacaq – XƏBƏRDARLIQ!
Sabah G1 səviyyəli (zəif) maqnit qasırğası olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bildirib.
Məlumata görə, maqnitosferdə pozuntular günorta saatlarından əvvəl başlayacaq və təxminən iki saat davam edəcək. Aktivliyin pik həddində maqnit qasırğasının intensivliyi G1 səviyyəsinin minimal göstəricisinə çatacaq.
Məlumata görə, iyunun 29-da qeydə alınan maqnit aktivliyinin pik mərhələsi gecə saat 01:00-dan 04:00-dək davam edib və günün qalan hissəsində maqnitosfer sakit olacaq. Lakin iyunun 30-da səhər saat 07:00-dan etibarən yenidən G1 səviyyəli maqnit qasırğasının başlayacağı proqnozlaşdırılır.
Banu