Putin Trampla görüşə hazırdır - Kreml

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşməyə hazırdır. 

Sep 23, 2026 - 13:53
Putin Trampla görüşə hazırdır - Kreml

SAVASHMEDİA.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putin-Tramp görüşü ilə bağlı hazırda konkret razılaşmanın olmadığını bildirib.

Tramp daha əvvəl Putinlə görüşə biləcəyini desə də, dekabrın 14-15-də ABŞ-da keçiriləcək G20 sammitində belə bir görüşün baş tutmasını az ehtimal edib.

Kreml isə liderlərin noyabrda Çində keçiriləcək APEC sammiti çərçivəsində görüşməsini istisna etmir.

Oğuz