Naməlum şəxslər naziri OĞURLADILAR
Pakistanda yüksək vəzifəli məmur naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Xeybər-Paxtunxva əyalətinin paytaxtı Peşəvərdə baş verib.
Əyalətin ictimai işlər və kommunikasiya naziri Fəzəl Şakur Xan M-1 ödənişli avtomagistralının nəzarət-buraxılış məntəqəsi yaxınlığında hərəkətdə olarkən silahlı şəxslərin hücumuna məruz qalıb.
Mülki geyimli şəxslər nazirin avtomobilinin qarşısını kəsərək təkərlərə atəş açıblar. Daha sonra Fəzəl Şakur Xan zorla avtomobildən çıxarılaraq naməlum istiqamətə aparılıb.
Polis hadisə ilə bağlı araşdırma aparır. Nazirə hücum edən şəxslərin kimliyi və onun harada saxlanıldığı hələlik məlum deyil.
Aytən