Şəmkirdə hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
Şəmkir rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə Sabirkənd kəndi ərazisində qeydə alınıb.
Zəngilan rayon sakini, 1993-cü il təvəllüdlü Sücəddin Şükürlünün idarə etdiyi "Tofaş Şahin" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.
Qəza zamanı sərnişin, İsmayıllı rayon sakini, 1988-ci il təvəllüdlü Altun Mustafayev hadisə yerində ölüb. Sürücü və sərnişinlər, Quba rayon sakini, 1994-cü il təvəllüdlü Qurbanov Samir Eyvaz oğlu və Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Namiq Vüqar oğlu xəsarət alıblar. Xəsarət alanların hamısının hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.