Epşteyn sağdır, İsraildə yaşayır - FOTOLARI YAYILDI

İlin əvvəlində açıqlanan 3 milyon səhifəlik “Epşteyn faylları” hələ də dünyanın gündəm mövzularından biri olaraq qalmağa davam edir.

Feb 9, 2026 - 00:02
Epşteyn sağdır, İsraildə yaşayır - FOTOLARI YAYILDI

Həmin fayllarda adı keçən tanınmış və məşhur şəxslər, hadisələrin baş verdiyi adalarla yanaşı Epşteynin həqiqətən ölüb ölmədiyi də müzakirə olunur.

SAVASHMEDİA.az xəbər verir ki, bəzi iddialara görə, Ceffri Epşteyn əslində ölməyib və başqa ad və soyadla İsraildə yaşayır. 

Bu iddianı gücləndirən isə sosial şəbəkədə yayılmış şəkildir. Şəklin Təl-Əvivdə çəkildiyi bildirilir. Sözügedən fotodakı uzun ağ saçlı şəxsin üz cizgiləri də Epşteynə bənzəyir. Onun Epşteyn olduğunu deyənlər bildirir ki, bu şəkil yeni çəkilib, çünki Epşteynin saçı əvvəllər heç vaxt uzun olmayıb.

Epşteynin yaşadığı iddiasını gücləndirən səbəblərdən biri də onun ölümündən sonrakı şəkilləri ilə əvvəlki şəkillərinin qarşılaşdırılmasıdır. İddialara görə ölən, (və ya ölü kimi göstərilən) Epşteyn deyil, onun oxşarıdır. Çünki əvvəlki şəkillərinin hamısında Epşteynin qolunda döymə olduğu açıq-aydın görünür. Lakin öldükdən sonra çəkilən şəkillərində heç bir qolunda döymə yoxdur. 

Eyni zamanda ölümündən əvvəlki və sonrakı şəkillərində burun və qulaq quruluşlarında da ciddi fərq olduğu bildirilir.

“CA Mathius” adlı sosial media hesabının yazdığına görə, ABŞ Ədliyyə Nazirliyinin yaydığı fayllarda Epşteynə məxsus olduğu iddia edilən “littlestjeff1” istifadəçi adı məşhur onlayn oyun olan “Fortnite”də aktiv görünüb.

“Fortnite Tracker” adlı statistika saytı isə bu hesabın oyunun 5-ci fəsil - 1-ci mövsümü (3 dekabr 2023 - 8 mart 2024) ərzində 1-ci gümüş səviyyəyə çatdığını və hətta oyundaxili alış-verişlər etdiyini göstərir.
Beləliklə, 2019-cu ildə rəsmi olaraq öldüyü elan edilən Epşteyn iddialara görə, 2024-cü ildə oyun oynayıb.
Sayt “Fortnite”dəki sözügedən hesabın lokasiyasını (yerini) İsrail olaraq göstərib. Bu məlumatların yayılmasından saatlar sonra isə “Fornite”dəki həmin hesab gizli hala gətirilib.

Banu