Toy günü ölən hamilə gəlinlə bağlı TƏFƏRRÜATLAR – İki il imiş… + FOTO
Astarada toy günü vəfat edən gəlinlə bağlı yeni təfərrüatlar məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, rayonun Dolu kənd sakini, 17 yaşlı Əfsanə İmanova iki ilə yaxın nişanlı olub.
Onun hamilə olduğu bilindikdən sonra ailə üzvləri toyun tezləşdirilməsi qərarına gəliblər.
Toy günü Əfsanənin halı qəfil pisləşib və o, təcili xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub. Qısa müddət sonra gənc ana da dünyasını dəyişib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.(teleqraf)