“Buna görə daha çox işləməli oluram” – Zelenski 

“Amerika Birəşmiş Ştatlarında, təəssüf ki, Rusiya narrativləri üstünlük təşkil edir”.

Apr 14, 2025 - 15:38
“Buna görə daha çox işləməli oluram” – Zelenski 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS News telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib”.

Onun sözlərinə görə, rus narrativlərinin Amerika siyasətini tamamilə ələ keçirməməsi üçün daha çox işləməli olur. 

“Düşünürəm ki, bu, sadəcə dəhşətdir. Necə olur ki, bizim itkilərimizin, çəkdiyimiz əziyyətlərin şahidi olursan, rusların nə etdiyini başa düşürsən və eyni zamanda, onların işğalçı olmadığına, bu müharibəni başlamadığına inanırsan? Bu, Rusiyanın informasiya siyasətinin Amerikaya, ABŞ siyasətinə və Amerika siyasətçilərinə böyük təsirindən danışır”, - deyə Zelenski əlavə edib.

O, diqqətə çatdırıb ki, ABŞ mediator mövqe tutur, halbuki Ukrayna ondan daha güclü mövqe gözləyirdi. 

“Prezident Tramp güclü ölkənin güclü prezidenti olmaqla Ukraynanın tərəfində olmalıdır. Hesab edirəm ki, Amerikanın neytral olmaq istəməsi düzgün deyil. Amma biz hiss edirik ki, Amerika rusiyalılarla daha sıcaq danışır, nəinki Ukrayna ilə. Hesab edirəm ki, bu düzgün deyil”, - deyə Zelenski bildirib.

Xatirə SADİQ