Kəlbəcərdə qadın hərbçimiz həlak oldu - FOTO

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Apr 14, 2025 - 15:43
Kəlbəcərdə qadın hərbçimiz həlak oldu - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatları araşdırılır.

Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş. (qafqazinfo)