Trampın şəxsi ruhanisi Rusiyanın hücumunu pislədi 

ABŞ prezidenti Donald Trampın şəxsi ruhani müşaviri adlandırılan pastor Mark Börns Rusiyanın Ukraynanın Sumı şəhərinə raket hücumunu pisləyib. 

Apr 14, 2025 - 17:12
Trampın şəxsi ruhanisi Rusiyanın hücumunu pislədi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i yazıb.

“Buna görə Putini şər adlandırdım. Bir pastor və sülhməramlı kimi mən dünyanın hər yerində xristianlar üçün ibadət və mənəvi yenilənmə üçün nəzərdə tutulan Axır Bazar günü Rusiyanın Sumıdakı kilsəni iyrənc şəkildə bombalamasını qətiyyətlə pisləyirəm. Axır Bazar gününü qeyd etmək üçün dinc şəkildə toplanan günahsız inanclı insanlara qarşı rəhmsizcəsinə yönəlmiş bu qəddar hücum insanlığa, imana və həyatın müqəddəsliyinə bağışlanmaz hücumdur. Mən dünyanın bütün dindarlarını  qadınlara və uşaqlara, mülki şəxslərə qarşı bu iyrənc zorakılıq aktlarına görə Rusiyanı açıq şəkildə qınamağa çağırıram. Dünya bu şər əməllərə qarşı birləşməlidir”, - deyə pastor sosial şəbəkədə vurğulayıb.

Xatirə SADİQ