Aİ Moskvadakı paradda iştirakı qadağan edib
Avropa İttifaqı (Aİ) namizəd ölkələrə mayın 9-da Rusiyada keçiriləcək paradda iştirak etməməyi tapşırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Lüksemburqda keçirilən Aİ Xarici İşlər Şurasının iclası çərçivəsində Latviyanın xarici işlər naziri Bayba Braje jurnalistlərə bildirib.
“Dünən Qərbi Balkan tərəfdaşları ilə bizim axşam yeməyində gur gecəmiz oldu. Dəyərlər, ümumi xarici və təhlükəsizlik siyasətinin razılaşdırılması, o cümlədən sanksiyalar ilə bağlı çoxlu müzakirələr oldu. Aİ-yə üzv dövlətlərin namizədlərə Moskvada 9 may paradında iştirak etməmək, belə səfərlər etməmək barədə çox aydın göstərişlər də daxil olmaqla. Çünki bu, Aİ dəyərlərinə uyğun gəlmir”, - deyə latviyalı diplomat əlavə edib.
Qeyd edək ki, özəlliklə Serbiya prezidenti Aleksandr Vuçiç paradda iştirak etmək niyyətini açıqlayıb.
Xatirə SADİQ