Maksla Rubio toqquşdu – “USAİD” kimdədir?
ABŞ-nin dövlət katibi Marko Rubio hazırda Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsini icra edir.

SAVASHMEDİA.az “CNN”ə istinadən xəbəbr verir ki, bu, Tramp administrasiyasının agentliyi ləğv etmək niyyəti fonunda məlum olub.
Bazar ertəsi El Salvadora səfəri zamanı Rubio jurnalistlərə “USAİD”in rəhbəri vəzifəsini icra etdiyini söyləyib.
Eyni zamanda dövlət katibi agentliyi “itaətsizlikdə” ittiham edib: “Bu dayanacaq və buna son qoyulacaq”.
Qeyd edək ki, dünən amerikalı milyarder İlon Mask ölkə prezidenti ilə “USAİD” haqqında danışdığını və prezidentin guya “onu bağlamalıyıq” fikri ilə razılaşdığını bildirib.
Bu arada agentliyin Vaşinqtondakı baş ofisi bağlanəb. Agentliyin əməkdaşları evdə qalmaları barədə elektron məktub alıblar. “USAID”in sosial media hesabları silinib və internet saytı bağlanıb.
Bundan başqa, Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin nümayəndələri həftə sonu “USAİD”in baş qərargahına gələrək bütün məlumatlara çıxış əldə ediblər.
“USAİD”in adının açıqlanmasını istəməyən əməkdaşları “CNN”ə bildiriblər ki, yüksək rəhbərlik Trampın 90 gün ərzində xarici yardımın dondurulması haqqında sərəncamından yayınmaq cəhdi ittihamı ilə işdən çıxarılıb, bəzi əməkdaşlar isə ödənişsiz məzuniyyətə göndəriliblər.
Xatırladaq ki, Donald Tramp yanvarın 25-də 90 gün müddətinə bütün qeyri-hərbi beynəlxalq yardımların dayandırılması barədə sənərcam imzalayıb.
Xatirə SADİQ