Ustad aktyor vəfat etdi - FOTOLAR

“Hollivud”un ustad aktyorlarından Ron Dean vəfat edib.

Oct 10, 2025 - 16:08
Ustad aktyor vəfat etdi - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, ustad aktyorun ölüm xəbərini həyat yoldaşı Maggie Neff yayıb.

Lakin o Ron Deanın ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, 87 yaşlı aktyor 1970-ci illərdən “Hollivud”da filmlərə çəkilməyə başlayıb. Karyerası boyunca adətən sərt xasiyyətli personajları və ya polis məmurlarını canlandırıb.

Dean “Risky Business”, “Cocktail” ve “The Color of Money” filmlərində məşhur aktyor Tom Kruzla birgə çəkilib. “The Breakfast Club”,  “The Dark Knight”,  “The Fugitive”, “Code of Silence”, “Backdraft and Rudy” kimi filmlərdə rol alıb. Onun karyerası sadəcə filmlərlə məhdudlaşmayıb. Məşhur aktyor “TJ Hooker”, “Hill Street Blues”, “ER”, “NYPD Blue”, “Cold Case”, “Six Feet Under” və “Chicago Fire” seriallarında da çəkilib.

Banu

Fotolarda: Ron Dean