"Bilmirəm əla oğlandır, ya yox, amma..." - Tramp Ərdoğanla belə salamlaşdı + VİDEO
ABŞ Prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasının iclası çərçivəsində Yaxın Şərq ölkələrinin liderləri ilə görüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Türkiyə, İordaniya, Qətər, Suriya, Misir, Kuveyt və Səudiyyə Ərəbistanı liderlərinin iştirak etdiyi görüş maraqlı anlarla yadda qalıb.
Tramp zala daxil olan kimi Yaxın Şərq liderlərini “Yaxşı insanlar qrupu. Necə də möhtəşəm insanlardır. Necəsiniz?” deyərək salamlayıb.
ABŞ lideri İraq rəsmisi ilə salamlaşarkən Ərdoğanı işarə edərək “O mənim dostumdur. Deyirlər ki, əla oğlandır. O mənim xoşuma gəlir. Bilmirəm əladır, yoxsa yox, amma o mənim xoşuma gəlir” deyib.
Daha sonra liderlər Qəzzadakı vəziyyəti, Hörmüz boğazını və İranla münasibətləri müzakirə ediblər.
Görüşdən yayılan görüntülərdə diqqət çəkən məqamlardan biri də Ərdoğanın Trampı salamlamaq üçün ayağa qalxdıqdan sonra pencəyinin düyməsini bağlaması olub.
Bu nüans sosial şəbəkələrdə türk izləyicilər tərəfindən narazılıqla qarşılanıb. Onlar türk liderin Tramp qarşısında dimdik duraraq pencəyini düymələməsini doğru hesab etməyiblər.
Banu
Посмотреть эту публикацию в Instagram