“Bozqurd” futbolçuya heykəl qoyuldu – Bələdiyyə sədri söz vermişdi, elədi 

Bolu bələdiyyəsinin başqanı Tanju Özcan verdiyi sözü yerinə yetirib.

Oct 5, 2024 - 13:08
“Bozqurd” futbolçuya heykəl qoyuldu – Bələdiyyə sədri söz vermişdi, elədi 

Sonuncu Avropa Çempionatının 1/8 final mərhələsində vurduğu qoldan sonra “bozqurd” simgəsi göstərən və bu hərəkətinə görə cəzalandırlan Türkiyə millisinin futbolçusu Merih Demirala heykəl qoyulub.

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən heykəl Bolu şəhərinin Karaçayır məhəlləsində ucaldılıb.

Xatırladaq ki, məlum olaylar zamanı Bolu bələdiyyəsinin başqanı Tanju Özcan “bozqurd” işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz vermiş və “Avropa gəlib məni də tutsun” demişdi.

Oğuz