“Tehranla aramızı pozmaq istəyirlər” - Kremlin sözçüsü
“Rusiya Yaxın Şərqdəki hadisələrlə bağlı “aydın mövqeyi” ilə İrana dəstək göstərib və Tehranla münasibətləri daha da inkişaf etdirmək niyyətindədir”.
SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiyanın İrana lazımi şəkildə kömək edə bilməməsi ilə bağlı iddialar “Moskva ilə Tehran arasındakı tərəfdaşlığı pozmaq üçün atəşə yağ tökmək” məqsədi daşıyır.
Peskov qeyd edib ki, iyunun 23-də prezident Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Araqçi arasında söhbət zamanı Rusiyanın mövqeyi “yüksək qiymətləndirilib”.
Kremlin sözçüsü hesab edir ki, “Reuters”in “Tehranın narazılığı barədə xəbəri yalandır və Xamneyi heç bir yazılı sənəd ötürməyib. “İran rəhbərliyindən müəyyən, deyək ki, mesajlar var idi - bəli, bu doğrudur”, - deyə Peskov əlavə edib.
Xatırladaq ki, “Reuters” mənbələrinə istinadən xəbər vermişdi ki, Araqçı görüş zamanı ali dini rəhbər Ayətullah Əli Xameneyidən kömək xahişi ilə bağlı məktubu Putinə verib. Mənbələr iddia ediblər ki, Tehran hələlik İranın İsraillə silahlı münaqişəsi kontekstində, eləcə də Amerikanın nüvə obyektlərinə hücumu baxımından Moskvanın dəstəyindən “mütəəsir olmayıb”.
Xatirə SADİQ