“NATO güclü bəyanat hazırlayır” – Niderlandın baş naziri
NATO Ukrayna üçün pilotsuz təyyarələr və hava hücumundan müdafiə ilə bağlı güclü bəyanat hazırlayır.
SAVASHMEDİA.az “Novini.Live” nəşrinə istinadən xəbər verir ki, bunu Niderlandın baş naziri Dik Sxof bildirib.
Onun sözlərinə görə, Ukraynaya maliyyə, iqtisadi və hərbi dəstək davam edəcək.
Niderlandın müdafiə naziri Ruben Brekelmans isə bildirib ki, ölkəsi Ukrayna şirkətləri ilə 600 min dronun istehsalına dair müqavilə imzalayıb.
“Mən həmçinin radar sistemləri, pilotsuz nəqliyyat vasitələri və dronlar da daxil olmaqla 175 milyon avro dəyərində yeni dəstək paketini elan edirəm”, - deyə müdafiə naziri vurğulayıb.
UNİAN isə yazıb ki, Ukrayna prezidenti Volodimir Zelenski və Niderlandın baş naziri Dik Sxof Haaqada NATO sammiti çərçivəsində gəzintiyə çıxıblar və ikilikdə danışıblar.
Xatirə SADİQ