"Mayın 16-sı, saat 10-da ukraynalıları gözləyəcəyik" - Rusiya heyətinin rəhbəri

Rusiya nümayəndə heyəti mayın 16-da səhər saat 10-dan Ukrayna tərəfini gözləyəcək.

May 16, 2025 - 00:53
"Mayın 16-sı, saat 10-da ukraynalıları gözləyəcəyik" - Rusiya heyətinin rəhbəri

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə açıqlamasında bildirib.

V.Medinski deyib: "Səhər saat 10-dan etibarən görüşə gəlməli olan Ukrayna tərəfini gözləyəcəyik. Biz danışıqlara hazırıq".

Rusiya liderinin köməkçisi ilkin şərt olmadan Ukrayna ilə birbaşa ikitərəfli danışıqlar aparmaq üçün İstanbula gəldiklərini vurğulayıb.