Rusiyadan neft idxalına görə rüsumlar hazırlayırıq - Ursula fon der Lyayen

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Rusiya neftinin idxalı ilə bağlı ABŞ prezidenti Donald Trampın mövqeyinə haqq qazandırıb. 

Sep 24, 2025 - 16:01
Rusiyadan neft idxalına görə rüsumlar hazırlayırıq - Ursula fon der Lyayen

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampla görüşü zamanı bildirib.

O, xatırladıb ki, ABŞ prezidenti Donald Tramp təxminən iki həftə əvvəl Avropa ölkələrini Rusiyadan enerji resursları almağı dayandırmağa çağırıb və dünən BMT Baş Assambleyasında öz tələblərini təkrarlayıb.

“Tramp tamamilə haqlıdır”, - deyə fon der Lyayen vurğulayıb. 

Onun sözlərinə görə, Brüssel Rusiya neftinin idxalına son qoymaq üçün Brüssel Macarıstan və Slovakiyaya tədarüklərə rüsum tətbiq etmək niyyətindədir. “Biz Rusiyadan Avroittifaqa gələn neft və qazın qalıqlarından qurtulmaq istəyirik”, - deyə o, bildirib.

Jurnalistin neft alışının nə vaxt dayandırıla biləcəyi ilə bağlı sualına fon der Leyen belə cavab verib: “Biz bunu daha tez, ilin sonuna qədər etmək istəyirik. Sanksiyalar təklif olunub və Aİ üzvləri onları təsdiqləməlidir”. 

Xatırladaq ki, BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Donald Tramp bəzi NATO ölkələri haqqında belə deyib: “Hətta NATO ölkələri belə Rusiyanın enerji və enerji məhsullarından imtina etməyiblər. Bildiyiniz kimi, mən bu barədə təxminən iki həftə əvvəl öyrəndim və çox narazı qaldım. Bu barədə düşünün: onlar özlərinə qarşı müharibəni maliyyələşdirirlər. Lənət şeytana, kim nə vaxtsa belə şey eşidib?”.

Tramp həmçinin bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanı Rusiya neftindən imtina etməyə məcbur edəcək.

Macarıstanın xarici işlər naziri Peter Siyarto isə deyib ki, Trampın tələblərinə baxmayaraq, ölkəsi Rusiya neftindən imtina etməyəcək.
 
Xatirə SADİQ