Meloninin Suriya prezidentinə "eşq dolu baxışlar"ının səbəbi bilindi - Sən demə...
BMT-nin Baş Assambleyası çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni və Suriya Prezidenti Əhməd Əl Şaraanın görüşü gündəm olub.
SAVASHMEDİA.az xəbər verir ki, görüş boyunca İtaliya Baş nazirinin Suriya prezidentinə baxışları diqqətdən yayınmayıb.
Çoxları bunu “eşq dolu baxışlar” adlandırıblar. Lakin məsələnin tam başqa olduğu ortaya çıxıb.
Suriyada vətəndaş müharibəsi başlayan zaman inqilabçıların (HTŞ) Suriyanın xristian əhalisinə zərər verə biləcəyini əsas gətirən Meloni Əsəd rejimi ilə əlaqələri düzəltməyə çalışıb.
O, vaxtilə Məhəmməd əl Colanini ( Əhməd Əl Şaraa) terrorçu adlandırıb, HTŞ-ni İŞİD-lə eyniləşdirib.
Hətta Avropa liderlərindən Əsəd rejiminə qarşı sanksiyaları yumşaltmalarını xahiş edib. Lakin Şaraanın Suriyada hakimiyyəti ələ almasından sonra Əsəd rejimi ilə əlaqə qurmağın böyük risk olduğunu anlayıb.
Türkiyə mətbuatı qeyd edir ki, Corcia Meloninin Şaraaya baxışları sevgi və heyranlıqdan daha çox, bir vaxtlar ona “terrorçu” dediyi üçün üzr mahiyyətindədir.
Banu