Paşinyan İrəvanda Azərbaycan bayrağının yandırılmasından danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Armenpress” dövlət agentliyinə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
"Baş nazir Paşinyan bu cür praktikaları pisləyir, onları məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı tərəfindən başqa cür yanaşmaq olmaz. Bu, təxribatçı və qızışdırıcı praktikadır", - Bağdasaryan qeyd edib.
Oğuz