Liderləri BRİKS sammitindən çəkindirmək cəhdləri var? – Peskovun iddiası

Kazanda keçiriləcək BRİKS sammitinə qədər liderləri bu tədbirdə iştirakdan çəkindirmək cəhdləri olacaq.

Oct 11, 2024 - 17:33
Liderləri BRİKS sammitindən çəkindirmək cəhdləri var? – Peskovun iddiası

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Bu,  mütləq baş verəcək, çünki ölkəmizlə münasibətlərin inkişafının qarşısını almaq üçün bütün dövlətlərə daim təzyiqlər edilir”, - Peskov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya kollektiv Qərbin təklif etdiyi modeldən əsaslı şəkildə fərqlənən münasibətlər modeli təklif edir. Bu münasibətlər modeli bərabərlik, qarşılıqlı maraq və bir-birinin qayğılarını nəzərə almaq istəyi üzərində qurulub.

Xatırladaq ki, BRİKS sammiti bu il oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Hazırda 32 dövlət Rusiyada keçiriləcək tədbirdə iştirak etməyə razılıq verib.

Xatirə SADİQ