“Onun Rusiya əsirliyində həlak olması əsl zərbədir” – Zelenskidən kədərli paylaşım
Ukrayna prezidenti Volodimir Zelenski “Ukrayinska pravda”nın (UP) ştatdankənar müxbiri Viktoriya Roşinanın rus əsirliyində ölməsinə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında yazıb.
“Dünən məlum oldu ki, ukraynalı jurnalist Viktoriya Roşçina Rusiyada əsirlikdə həlak olub. Viktoriyanı tanıyan jurnalistlərin əksəriyyəti üçün onun ölümü əsl zərbədir”, - deyə Zelenski vurğulayıb.
Zelenski qeyd edib ki, işğal zamanı əsir götürülən bir çox jurnalist, ictimai xadim, icma liderləri və sadə insanlar hələ də Rusiya girovluğunda qalıb.
Ukrayna Kəşfiyyatı İdarəsindən bildirilib ki, yaxın günlərdə jurnalistin Ukraynaya təhvil verilməsi gözlənilirdi.
Xatırladaq ki, 2022-ci ilin martında Roşina rus işğalçıları tərəfindən tutularaq 10 gün Berdyanskda saxlanılmışdı. O, müvəqqəti olaraq işğal olunmuş ərazilərdən “UP” üçün reportajlar yazırdı. İşğal olunmuş əraziyə getmək üçün Roşina iyulun 25-də Ukraynanı tərk edərək Polşaya gedib.
O, 3 günə Rusiya vasitəsilə Ukraynanın işğal olunmuş şərqinə çatmağı planlaşdırırdı. Lakin jurnalist 2023-cü il avqustun 3-də Rusiyanın işğalı altında olan ərazidə xəbər ötürdüyü anda yoxa çıxdı. 2024-cü ilin mayında Rusiya ilk dəfə Roşinanı saxladığını etiraf etdi. Bu, Rusiya Müdafiə Nazirliyinin jurnalistin atasına təsdiq məktubu göndərməsindən sonra məlum oldu.
Xatirə SADİQ