"Sol tərəfi, qolu, ayağı ciddi xəsarətlər alıb, amma ölməyib" - Müctəbanın durumunu AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama verib.
SAVASHMEDIA.az xəbər verir ki, Tramp radio aparıcısı Qlenn Bekə müsahibəsində Müctəba Xameneinin İrana endirilən zərbələr zamanı ağır yaralandığını, lakin ölmədiyini deyib..
“Onun öldüyünü düşünmürəm. O, çox ciddi şəkildə yaralanıb. Bədəninin sol tərəfi, qolu, ayağı, aşağı ətrafları ciddi xəsarətlər alıb. Amma düşünmürəm ki, ölüb”, - Tramp bildirib.
Tramp əlavə edib ki, əgər Müctəba Xamenei həqiqətən ölübsə, İran onun yaşaması ilə bağlı “çox yaxşı şou" göstərir.
Xatırladaq ki, Müctəba Xamenei fevral ayında atasının öldürülməsindən sonra İranın ali lideri seçilib. O vaxtdan bəri onun ictimaiyyət qarşısında görünməməsi səhhəti ilə bağlı müxtəlif iddialara səbəb olub.
Səlcuq