Putindən boşanıb Artur Oçeretnıya ərə gedən Lyudmila İNDİ HARADADIR? 

Rusiya Prezidenti Vladimir Putinin şəxsi həyatı, xüsusilə keçmiş həyat yoldaşı Lyudmila Şkrebneva ilə münasibətləri həmişə maraq doğurub.

Aug 26, 2026 - 18:25
Putindən boşanıb Artur Oçeretnıya ərə gedən Lyudmila İNDİ HARADADIR? 

SAVASHMEDİA.az xatırladır ki, Putin və Lyudmila 1983-cü ildə evləniblər. 

Onların Mariya və Katerina adlı iki qızı var. Lyudmila uzun illər Rusiyanın birinci xanımı kimi ictimaiyyət qarşısında görünsə də, zaman keçdikcə mediadan uzaqlaşıb.

Cütlük 6 iyun 2013-cü ildə boşanmaq qərarına gəldiklərini açıqlayıblar. Onlar bunun qarşılıqlı qərar olduğunu bildiriblər. 2014-cü ilin aprelində Kreml boşanmanın rəsmən başa çatdığını təsdiqləyib. Beləliklə, təxminən 30 illik evlilik sona çatıb.

Boşanmanın konkret səbəbi isə tərəflərin heç biri tərəfindən açıqlanmayıb. Həmin dövrdə müxtəlif versiyalar səsləndirilsə də, onların əksəriyyəti rəsmi təsdiqini tapmayıb.

İndi haradadır?

Boşanmadan sonra Lyudmila ictimaiyyət qarşısına çox az çıxıb. 

Putin 2014-cü ildə keçmiş həyat yoldaşının yenidən ailə qurması ilə bağlı zarafatla danışmışdı. O, çıxışlarının birində zarafatla "əvvəl keçmiş həyat yoldaşım Lyudmilanı ərə verməliyəm, sonra özüm haqqında düşünərəm” deyib.

Putinin bu zarafatyından bir il sonra isə Lyudmilanın Artur Oçeretnı ilə evləndiyi barədə məlumatlar yayılıb. Sənədlərdə onun artıq Lyudmila Aleksandrovna Oçeretnaya adı ilə qeyd olunması da bu məlumatların təsdiqi anlamına gəlib.

Oçeretnı Lyudmiladan təxminən 20 yaş kiçikdir və Rusiyada qeyri-kommersiya təşkilatına rəhbərlik edib. Cütlük şəxsi həyatları ilə bağlı mediaya geniş açıqlamalar verməyib.

Son illərdə Lyudmila və həyat yoldaşının Fransa və İspaniyadakı daşınmaz əmlakı da jurnalist araşdırmalarının mövzusu olub. 2024-cü ildə Fransanın Anglet şəhərində Oçeretnıya məxsus villa fransız hakimiyyətinin qərarı ilə müsadirə edilmişdi.

Hazırda Lyudmila Oçeretnayanın həyatı barədə açıq mənbələrdə çox az məlumat var. O, keçmişdə Rusiyanın ən tanınmış siyasi ailəsinin üzvü olsa da, boşanmadan sonra demək olar ki, ictimaiyyətin diqqətindən kənarda qalıb.

Səlcuq