“Baş nazirin çırpdığı qapını yenidən açırıq” - Slovakiya müxalifəti Kiyevdə 

Slovakiya müxalifətinin bur qrup nümayəndəsi Ukrayna ilə dostluq münasibətlərini dəstəkləmək məqsədi ilə Kiyevə gəlib.

Jan 17, 2025 - 13:57
“Baş nazirin çırpdığı qapını yenidən açırıq” - Slovakiya müxalifəti Kiyevdə 

SAVASHMEDİA.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu hadisə Kiyevlə Slovakiyanın baş naziri Robert Fiko arasında kəskin münaqişə fonunda baş verib.
 
Nümayəndə heyətinin tərkibində parlament deputatı, “Tərəqipərvər Slovakiya” partiyasının lideri Mixal Şimeçka, sabiq xarici işlər naziri İvan Korçok və üç partiya üzvü təmsil olunub. 

“Robert Fitsonun aqressiv hücumları ilə çırpdığı qapıları yenidən açmaq kimi çox aydın məqsədimiz var. Slovakiya və Ukrayna yaxın tərəfdaşlardır və bir-birlərinə çox kömək edə bilərlər”, - deyə Mixal Şimeçka vurğulayıb.

Slovakiyalı siyasətçi zarafatla nəzərə çatdırıb ki, müxalifət deputatları Kiyevə Ukrayna prezidenti Volodimir Zelenskinin Robert Fitsonu ölkəsinə çağırdığı gündə gəliblər.
 
Qeyd edək ki, Slovakiyanın qərbyönlü müxalifət partiyalarının deputtatları yaxın vaxtlarda Robert Fiko hökumətinə etimadsızlıq göstərilməsi təşəbbüsünə hazırlaşırlar. 

Ötən cümə günü Slovakiyanın bir sıra şəhərlərində baş nazir Robert Fikonun rusiyayönlü siyasətinə qarşı etiraz aksiyaları keçirilib. 

Xatirə SADİQ