Mask maliyyə nazirinə sataşdı – “12 yaşlı uşaq…”
Amerikalı milyarder İlon Mask ABŞ-nin maliyyə naziri Canet Yelleni kompüterdən istifadə edə bilməməkdə günahlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Mask bu barədə nazirin haker hücumunun qurbanı olması xəbərindən sonra “X” sosial şəbəkəsində yazıb.
Hətta 12 yaşlı uşaq Yellenin kompüterini sındıra bilər. Mən şübhə edirəm ki, o, WiFi-routerini necə yenidən yükləməyi bilir”, - deyə Mask istehza edib.
Söhbət ABŞ Maliyyə Nazirliyinə 2024-cü ilin dekabr ayının sonunda baş vermiş haker hücumundan gedir. Hakerlər iş kompüterlərinə və məxfi olmayan sənədlərə giriş əldə ediblər. Amerika kəşfiyyat orqanlarının məlumatına görə, onlar Çinin maraqlarından çıxış ediblər.
“The Washington Post” amerikalı məmurlara istinadən yazıb ki, hakerlərin hədəfi sanksiyalar tənzimləyicisi olan Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) olub.
Çin haker hücumunda iştirakı rədd edərək, iddiaları “"əsassız adlandırıb. Pekin haker hücumlarının “bütün formalarına müntəzəm olaraq qarşı çıxdığını” bildirib.
Xatirə SADİQ