Ukraynada döyüşmüş əmisi oğlundan Vensə sərt sözlər - "Zelenskiyə tələ qurdunuz"
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin əmisi oğlu Neyt Vens “Da Vinçi Qurdları”nın tərkibində Ukrayna uğrunda döyüşüb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə Fransanın “Le Figaro” nəşri yazıb.
Nəşr yazır ki, Neyt dörd il ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib, bundan sonra Texasa köçüb və neft sənayesində çalışıb. 2022-ci ilin martında o, tarixi hadisələrin şahidi olduğunu hiss edərək Lvova yollanıb.
Orada o, Ukrayna Silahlı Qüvvələrinə könüllülər yığan britaniyalı ilə tanış olub və iyun ayında Donbassa yollanır.
Vensin əmisi oğlu Neyt
“O, bizdən böyük idi. Atıcılıq meydançasında o, AK götürdü və 800 metr məsafədə hədəfi təyin etdi. Əvvəlcə hamı güldü, amma ardıcıl beş dəqiq atışdan sonra susdular”, - silahdaşı Dmitri deyib.
Neyt Vens xidmətini 2025-ci ilin yanvarında başa vursa da, Ukraynaya dəstəyini davam etdirir.
O, hazırda vitse-prezident olan əmisi oğlunun davranışlarından narazılığını da gizlətməyib.
“Mən bunun sadəcə siyasi strategiya olduğunu düşünürdüm. Lakin onların Zelenski ilə etdikləri hiyləgər tələ idi. Qohum olmağımız o demək deyil ki, mən sizin qardaşlarımın qətlində iştirakınızı qəbul edəcəyəm”, - Neyt bildirib.
Oğuz