“Danışmıram, əl çəkin” – Panama prezidenti

Panama prezidenti Xose Raul Mulino Panama kanalının mülkiyyət hüququnun ötürülməsi barəsində ABŞ ilə danışıqlar aparmayacağını bəyan edib.

Jan 31, 2025 - 07:15
“Danışmıram, əl çəkin” – Panama prezidenti

SAVASHMEDİA.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Panama prezidenti bunu mətbuat konfransında deyib.

Mulino bildiib ki, ABŞ dövlət katibi Marko Rubionun gözlənilən səfərinin onlara ümumi maraqlara, o cümlədən miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə diqqəti cəmləməyə imkan verəcəyinə ümid edir.

Qeyd edək ki, Rubio fevralın 2-də Panama kanalına nəzarəti geri alacağına söz verən ABŞ prezidenti Donald Trampın nümayəndəsi kimi Panamaya getməyi planlaşdırır.

Xatirə SADİQ