"Putin tez-tez yanlış şeylər deyir" - NATO-nun cavabı

"Rusiya ordusu hazırda Avropaya hücum etmək iqtidarında deyil". 

Dec 2, 2025 - 23:36
"Putin tez-tez yanlış şeylər deyir" - NATO-nun cavabı

SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu BBC-yə adının açıqlanmasını istəməyən NATO-nun yüksək rütbəli rəsmisi deyib.

“Rusiya Prezidenti Vladimir Putin tez-tez yanlış olan şeylər deyir”, - deyə rəsmi Putinin Rusiya və Avropa arasında potensial müharibə ilə bağlı fikirlərini şərh edərkən bildirib. 

Yüksək rütbəli məmur öz qiymətləndirməsini Rusiyanın hücum etmək üçün iqtisadi və ya hərbi imkanlarının olmaması ilə deyil, NATO-nun üzvlərini müdafiə etmək öhdəliyi ilə əsaslandırıb: “Putin bilir ki, NATO müttəfiqlərini müdafiə etmək məsələsində həmişəkindən daha vahiddir”.

BBC-nin həmsöhbəti hesab edir ki, hazırda Rusiyanın hücum əməliyyatı aparmaq üçün kifayət qədər qoşunu yoxdur: “Heç bir şəkildə Vladimir Putinin Avropa ilə müharibəyə həqiqətən hazır olduğuna inanmıram”.

Putinin sözlərini şərh edən NATO-dakı digər yüksək rütbəli mənbə belə deyib: "Rusiya NATO müttəfiqinə hücum etsə, biz sakit oturmayacağıq. Cavab dağıdıcı olacaq".

Oğuz