Kişi səhnədə Şəbnəmi qucaqlamaq istədi - VİDEO

Müğənni Şəbnəm Tovuzlu paytaxt məkanlarının birində səhnə alıb.

Apr 24, 2025 - 10:00
Kişi səhnədə Şəbnəmi qucaqlamaq istədi - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, sənətçiyə səhnədə çıxışı zamanı yaşlı kişi fanatı yaxınlaşaraq birlikdə foto çəkdirmək istəyib.

Şəbnəmi qucaqlayaraq səmimi poz vermək istəyən kişinin arzusu ürəyində qalıb. Müğənni əl hərəkəti ilə bunun qarşısını alıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin bəziləri ifaçının hərəkətini kişinin aztəminatlı təbəqədən olması ilə əlaqələndiriblər.