Ərdoğanın müşaviri İstanbulu tərk etməyə çağıran Şengörü təhqir etdi - "Anqut..."

Xəbər verdiyimiz kimi, ötən gün İstanbulda ard-arda 6,2 bal gücündə zəlzələlər olub.

Apr 24, 2025 - 10:46
Ərdoğanın müşaviri İstanbulu tərk etməyə çağıran Şengörü təhqir etdi - "Anqut..."

SAVASHMEDİA.az xəbər verir ki, zəlzələdən sonra Türkiyənin alim və geoloqları proqnozlar səsləndiriblər. 

Dünyaca məşhur professor Celal Şengör illərdir görülən tədbirlərin yetərli olmadığını bildirib və İstanbulu tərk etməyə çağırış edib: 

"İstanbulu böyük təhlükə gözləyir.Böyük İstanbul zəlzələsi hələ qarşıdadır. Böyük ehtimalla 7 bal gücündə olacaq.Lazımı tədbirlər çoxdan görülməli idi. İndi isə ən məntiqli addım şəhəri tərk etməkdir”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Oqtay Saral Celal Şengörün bu açıqlamasına təhqirlə reaksiya verib:

“Bu anqut İstanbulu tərk edin çağırışı ilə nə demək istəyir? Bu necə ağıldır, bu necə mütəxəssisdir?”

Banu