Tramp gələn ay Putinlə görüşə bilər - CNN  

ABŞ prezidenti Donald Tramp gələn ay Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən qısa müddət sonra Putinlə görüşəcəyini güman edir.

Apr 24, 2025 - 11:12
Tramp gələn ay Putinlə görüşə bilər - CNN  

SAVASHMEDİA.az bu barədə CNN-ə istinadən xəbər verir. 

Rusiyalı həmkarı ilə Səudiyyə Ərəbistanında görüşüb-görüşməyəcəyi sualına Tramp belə cavab verib: “Bu, mümkündür, amma yəqin ki, yox. Düşünürəm ki, ondan sonra tezliklə görüşəcəyik”. 

Qeyd edək ki, ABŞ prezidentinin Yaxın Şərqə səfəri 13-16 may tarixlərinə planlaşdırılıb.

Xatirə SADİQ