"Putini həbs etmək istəsələr..." - Medvedev hədələdi, nüvə silahını xatırlatdı

Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinə qarşı verdiyi həbs qərarı qanunsuzdur və bu qərarı icra etməyə çalışan ölkələr ciddi nəticələrlə üzləşə bilər.

Apr 24, 2025 - 11:20
"Putini həbs etmək istəsələr..." - Medvedev hədələdi, nüvə silahını xatırlatdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

Medvedev qeyd edib ki, Rusiya BCM-in üzvü deyil və bu səbəbdən həmin məhkəmənin qərarları Rusiyaya aid edilə bilməz, qərarın icrası müharibə səbəbi kimi qiymətləndirilə bilər.

“Əgər hansısa ölkə bu qanunsuz orderi icra etmək istəsə, anlamalıdır ki, bu, nüvə silahına sahib olan bir dövlətlə birbaşa münaqişəyə gətirib çıxara bilər”, – Medvedev vurğulayıb.

O əlavə edib ki, bu qərarı verən şəxslər, yəni məhkəmənin hakimləri və digər məsul şəxslər Rusiya tərəfindən məsuliyyətə cəlb olunmalı, istintaq və məhkəmə orqanları onları qanunsuz qərarlara görə cavabdeh tutmalıdır.