Kiyevdə 10 sakin həlak oldu - FOTOLAR

Aprelin 24-nə keçən gecə Kiyev rus ordusunun dəhşətli hücumuna məruz qalıb. 

Apr 24, 2025 - 11:40
Kiyevdə 10 sakin həlak oldu - FOTOLAR

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hücum nəticəsində altı uşaq və bir hamilə qadın da daxil olmaqla, 10 kiyevli həlak olub, 70-dən çox sakin yaralanıb. 

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, ən çox paytaxtın Svyatoşinski rayonu zərər çəkib. 6 məntəqədə yanğın baş verib, dağıntı var. 

Bildirilib ki, hadisə yerində təcili yardım xidmətləri və xilasedicilər işləyir.

Xilasedicilər Svyatoşinski rayonundakı evin dağıntıları altından sakinlərdən birini diri çıxara biliblər. 

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Kiyevdəki sözçüsü Pavel Petrov bildirib ki, oğlanın təxminən 30 yaşı var. “O, 6 saatdan çox dağıntılar altında qalıb. Biz bir dəqiqəlik sükut etdik və o, xilasedicilərin səsinə cavab verdi”, - deyə sözçü  bildirib.

Xatirə SADİQ