Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə müzakirələr aparıb
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində və Amerika Yəhudi İcmasının tədbirində iştirak edib.
Bildirilib ki, Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional məsələlər və qlobal təsirə malik olan sülh gündəliyi barədə müzakirələr aparıb.