Hakan Fidana müxalifləri "Putin üsulu" ilə aradan götürmək təklif edildi - FOTO

“TRT”-nin müxbiri Murat Söylemez Tükiyə xarici işlər naziri Hakan Fidanı müxalifət liderlərini “Putin üsulu”ilə aradan götürməyə çağırıb.

Apr 28, 2025 - 12:08
Hakan Fidana müxalifləri "Putin üsulu" ilə aradan götürmək təklif edildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, türkiyəli jurnalist XİN rəhbərindən müxalifətə qarşı sərt tədbirlər görülməsini istəyib və bu addımı dəstəkləyəcəklərini bildirib:

“Hakan başqan, Rusiyada Putinə müxalif olanlar ya qəza nəticəsində, ya da əcəli ilə o dünyaya vasil oldu. Putin də hamısı üçün başsağlığı verdi. Rəisə (Rəcəb Tayyib Ərdoğan – red) diktator deyənlər ölkəmizdə meydan sulayır. Ümid edirəm ki, anlada bildim. Biz sizi dəstəkləyirik”.

Xatırladaq ki, Cümhuriyyət Xalq partiyasının sədri Özgür Özel bir müddət əvvəl mövcud iqtidarı “xunta hakimiyyəti” adlandırıb. Özelin bu bənzətməsini Türkiyənin xarici işlər naziri Hakan Fidan sərt şəkildə qınayaraq “Artıq həddini bil!” deyib.

Banu