Sülh planından çıxarılan bənddə nə yazılıbmış? - Lavrov ilk dəfə açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sülh planı”ndan çıxarılan bəndlərdən birini açıqlayıb.

Dec 11, 2025 - 14:39
Sülh planından çıxarılan bənddə nə yazılıbmış? - Lavrov ilk dəfə açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, S.Lavrov sözügedən bəndin milli azlıqlarla bağlı olduğunu bildirib.

“ABŞ tərəfindən təqdim edilən 28 bəndlik plana milli azlıqların dillərini və dini azadlıqlarını qorumaq öhdəliyi, eləcə də "nasist ideologiyası və fəaliyyəti"nin qadağan edilməsi daxil idi. Kiyevin Avropa İttifaqı (Aİ) ilə təmaslarından sonra “Sülh planı”ndan bu bənd yoxa çıxıb” – Lavrov qeyd edib.

Xatırladaq ki,  Trampın Ukrayna müharibəsi ilə bağlı “Sülh planı” ilk mərhələdə 28 bənddən ibarət olub. “Sülh planı”ndan daha çox Rusiyanın istəklərinə bənzədilən sənəd Ukrayna və Qərb tərəfindən narazılıqla qarşılanıb. Planla bağlı Ukrayna, Avropa və ABŞ nümayəndələrinin Cenevrə görüşündən sonra “Sülh planı” 20 bəndə endirilib. Volodimir Zelenski “Sülh planı”nı hələ də imzalamayıb.

Banu