Mask vəziyyəti gərginləşdirməkdən vaz keçdi 

Amerikalı milyarder İlon Mask hələlik ABŞ prezidenti ilə vəziyyəti gərginləşdirməkdən vaz keçib. 

Jul 2, 2025 - 13:44
Mask vəziyyəti gərginləşdirməkdən vaz keçdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Mask sahibi olduğu “X” platformasında yazıb. 

“Bunu gərginləşdirmək elə cəlbedicidir. Bu, elə maraqlıdır ki. Amma mən hələlik özümü bundan saxlayacağam”, - deyə Mask vurğulayıb. 

Maraqlıdır ki, Mask bu qərara ABŞ prezidenti Donald Trampın onun ölkədən mümkün deportasiyası ilə bağlı bəyanatlarından sonra gəlib. 

Xatirə SADİQ