“Rusiya həm Bakıda, həm də İrəvanda düşmən qazanıb” – Andrey Kovalenko
“Əvvəllər Kreml Qarabağ vasitəsilə hər iki ölkəni nəzarətdə saxlamaqla Azərbaycan və Ermənistan arasındakı ziddiyyətlər üzərində oynayırdı”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası nəzdində Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
“Sonra ruslar Qarabağdan qaçdılar. Bu gün Rusiya təsir rıçaqlarını itirib. Onların resursları çatışmır”, - deyə Kovalenko vurğulayıb.
O, xatırladıb ki, iyunun 30-da Azərbaycanda “Sputnik” media orqanının əməkdaşları saxlanılıb. “Yerli KİV-in məlumatına görə, bunlar FTX əməkdaşlarıdır. Bu, artıq işarə deyil, Moskvaya birbaşa siqnaldır: onun agentləri təmizlənir, humanitar və informasiya əməkdaşlığı dayandırılır. Bu, təkcə Rusiyadakı Azərbaycan diasporuna və ya vurulmuş Azərbaycan təyyarəsinə görə təzyiqlərə cavab deyil – bu, Rusiyanın ümumi zəhərliliyinə reaksiyadır”, - deyə mərkəz rəhbəri əlavə edib.
Kovalenki həmçinin xatırladıb ki, İrəvanda rusiyayönlü siyasətçilər, iş adamları və kilsə xadimlərinin həbsini “Rusiyanın xarici siyasətinin iflası” adlandırıb.
“Ukrayna ilə tarix başqalarına siqnal verdi: Moskva postsovet məkanında yad subyektivliyi tanımır, bu isə onu təhlükəli və zəif edir. Hamı nəticə çıxarır. O isə vahiddir: Zaqafqaziya artıq Moskvanın tabeliyində deyil. Və olmayacaq”, - Kovalenko yekunlaşdırıb.
Xatirə SADİQ