Seul orbitə 4-cü kəşfiyyat peykini çıxardı - “Yonhap”

Koreya Respublikası (Cənubi Koreya) Şimali Koreyanı izləmək üçün orbitə yeni peyk çıxarıb.

Apr 22, 2025 - 12:17
Seul orbitə 4-cü kəşfiyyat peykini çıxardı - “Yonhap”

SAVASHMEDİA.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir. 

Peykin buraxılması Floridadakı ABŞ bazasından həyata keçirilib və obyekt “SpaceX Falcon 9” raketi ilə aparılıb.

Məlumata görə, Bu, Koreya Respublikası Müdafiə Nazirliyinin proqramı çərçivəsində kosmosa buraxılması planlaşdırılan beş kəşfiyyat peykindən dördüncüsüdür.

Seul beşinci peyki bu ilin sonunda kosmosa buraxmağı planlaşdırır. Bütün beş peyk orbitə çıxdıqdan sonra ölkə Şimali Koreyanı hər iki saatdan bir izləyə biləcək.

Xatirə SADİQ