"Türkiyə Ərdoğandan böyükdür, qərarınızı ləğv edin" - İmamoğludan Almaniyaya çağırış
Xəbər verdiyimiz kimi, Almaniya Türkiyəyə “Eurofighter” qırıcılarının satışına veto qoyub.
SAVASHMEDİA.az xəbər verir ki, Almaniya mətbuatı hökumətdəki mənbələrinə istinadən qərarın İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsi ilə bağlı olduğunu yazmışdı.
Hazırda həbsdə olan Əkrəm İmamoğlu isə Almaniyada yeni qurulacaq hökumətə müraciət edərək bu qərarın ləğvini istəyib:
“Mətbuatdan oxuduğuma görə, Almaniya hökuməti Hərbi Hava Qüvvələrimizin çox ehtiyac duyduğu və uzun müddətdir gözlədiyimiz “Eurofighter” qırıcılarının satışına veto qoyub. Almaniyanın yeni hökumətinə səslənirəm. Türkiyə Ərdoğandan ibarət deyil, Türkiyə Ərdoğandan böyükdür. Hökumətlər gələr-gedər. Türkiyənin milli maraqları Ərdoğandan da, İmamoğludan da dəyərlidir. Xahiş edirəm, qərarınızı ləğv edin.Ərdoğan hakimiyyətinin axırı çatıb. Türkiyənin yeni hökuməti Avropa Birliyi və Almaniya da daxil olmaqla bütün müttəfiqlərimizlə qarşılıqlı maraqlarımız, qanunun aliliyinə və insan haqlarına əsaslanan demokratiya prinsipləri çərçivəsində çalışacaq. Bizim iqtidarımızda Türkiyənin Aİ-nin tamhüquqlu üzvü olacağına heç bir şübhəmiz yoxdur”.
Banu
Mövzu ilə bağlı yazının linki: https://savashmedia.az/imamoglu-azad-edilmese-bizden-bunu-ala-bilmeyeceksiniz-almaniyadan-ankaraya-sert