Rustem Umerov hirsindən qələmini qırdı - Cenevrədəki gərginliyin FOTOsu
ABŞ-nin Ukraynadakı müharibə ilə bağlı irəli sürdüyü 28 maddəlik “Sülh planı”na dəyişikliklər üzrə Cenevrə görüşü gərginliklə keçib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna, Avropa və ABŞ təmsilçilərinin təşkil etdikləri görüşdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov əsəbindən qələmini qırıb.
Umerovun bu hərəkəti ABŞ-nin Ukraynaya davam edən təzyiqlərinə cavab olaraq qiymətləndirilib.
Qeyd edək ki, görüş nəticəsində “Sülh planı”nın bəzi bəndlərinə dəyişiklik edildiyi bildiriləsə də, konkret olaraq hansı bəndlərə dəyişiklik olunduğu açıqlanmayıb.
Xatırladaq ki, Trampın “Sülh planı” Ukrayna hökumətinin narazılığına səbəb olub. Zelenski xalqa açıqlamasında “Sülh ləyaqətli olmalıdır” deməklə Trampın administrasiyasının hazırladığı plandan narazılığını açıq şəkildə bildirib.
“Sülh planı”na görə, Ukrayna müharibə zamanı 1,5 milyon əsgər itirməsinə baxmayaraq, uğrunda mübarizə apardığı torpaqlarının bir hissəsini Rusiyaya verməli, ordusunu yarıya endirməli və Qərb tərəfindən təchiz edilmiş bir çox raket sistemlərini inventarından çıxarmalıdır.
Banu