Hind kinosunun əfsanəsi vəfat etdi - "Şaka"nın ölüm səbəbi
Hindistanın məşhur aktoru Dharmendra (Dharam Sinqx Deol ) vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, əfsanəvi “Şaka” 11 noyabrda nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
90 yaşlı aktyor bu gün səhər saatlarında həyatını itirib.
Dharmendra aktyorluğu ilə yanaşı şəxsi həyatı ilə də maraq dairəsinə düşüb. Belə ki, o, 1954-cü ildə ilk dəfə Prakaş Kaurla ailə qurub. Bu evlilikdən Dharmendranın Sunni və Bobbi adlı iki oğlu, Vijita və Ajita adlı iki qız övladı doğulub.
Dharmendra “Qisas və Qanun” serialının çəkilişləri zamanı tərəf müqabili Hema Maliniyə aşiq olur. İlk arvadından boşanaraq Malini ilə ailə qurmaq istəsə də, Prakaş Kaur ondan boşanmağı rədd edir. Dharmendra çarəni dinini dəyişməklə tapır. O, İslam dinini qəbul edərək dinin qanunlarını əsas gətirir və ikinci arvadı kimi Malinini alır. Aktyorun Hema Malinidən Eşa və Ahana adlı iki qızı var.
Qeyd edək ki, Dharmendra “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” filmlərində rol alıb.
Banu