"Tramp Putini yamsılayır, amma alınmır..." - Medvedev
Donald Tramp Rusiya Prezidenti Vladimir Putini yamsılayır və ona oxşamağa çalışır.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.
"Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək istəyi onun Vladimir Putini təkrarlamaq və tarix yazmaq istəyidir. ABŞ prezidenti tarixdə əbədi qalmaq və Rusiya prezidentinə oxşamaq istəyir. Tramp tarixdə qalacaq, amma onun Putin kimi olması mümkün deyil".
O, Trampın ərazi iddialarını Rusiyanın Ukraynaya müdaxiləsi ilə müqayisə edilməsinə də münasibət bildirib:
"Rusiya əsrlər boyu onun bir hissəsi olan torpaqları xalqı ilə birlikdə geri qaytarıb. Qrenlandiya isə tamamilə fərqli hekayədir. Bir neçə dəfə ələ keçirməyə çalışsalar da, Qrenlandiya heç vaxt ABŞ-nin olmayıb".
Səlcuq