Zelenski bu təyinatı Trampla müzakirə edib – “Bloomberg”

Ukraynanın hazırkı Baş naziri Denis Şmıqal ölkəsinin ABŞ-dəki yeni səfiri ola bilər. 

Jul 7, 2025 - 18:49
Zelenski bu təyinatı Trampla müzakirə edib – “Bloomberg”

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinin müxbiri Darina Krasnolutskaya bildirib.
Onun iddiasına görə, Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Prezident Donald Trampla telefon danışığı zamanı ABŞ-dəki hazırkı səfirin dəyişdirilməsi məsələsini müzakirə edib.

Jurnalist bildirib ki, Baş nazir Denis Şmıqal guya potensial namizədlər siyahısına daxildir. 

Bundan əvvəl KİV baş nazir müavini Yuliya Svırıdenkonun Baş nazir postunda Şmıqalı əvəz edə biləcəyi barədə məlumat yaymışdı. 

Qeyd edək ki, hazırda Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovadır. ABŞ-də seçkiqabağı kampaniya zamanı Ukrayna Prezidenti Volodimir Zelenskini demokratların nəqarətində olan silah zavodunu ziyarət etməsi o zaman respublikaçıları qəzəbləndirmişdi. Onlar bunun günahını prezidentin səfərinin təşkili ilə məşğul olan Oksana Markarovada görmüşdülər. 
 
Xatirə SADİQ