Ukraynanın 3 şərti var – Yermak açıqladı

ABŞ ilə Səıudiyyə Ərəbistanında keçirilən danışıqlardan əvvəl Ukrayna tərəfi sülhə nail olmağın üç şərtini sadalayıb.

Mar 11, 2025 - 17:26
Ukraynanın 3 şərti var – Yermak açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin aparat rəhbəri Andrey Yermakın “The Guardian” nəşrində dərc olunmuş köşə yazısında bəhs edilir. 
 
Andrey Yermak qeyd edib ki, əvvəla, Ukraynaya gələcək atəşkəs sazişinin etibarlılığını təmin edəcək təhlükəsizlik təminatları təqdim olunmalıdır: “İkincisi, Avropa Rusiyaya qarşı sanksiyaları gücləndirmək və artırmaq üçün qətiyyətlə hərəkət etməlidir. Üçüncüsü, Ukraynaya gələcək və böyük dəstəyi vermək üçün Avropa dondurulmuş Rusiyanın aktivlərinə nəzarət etməlidir”.

Onun sözlərinə görə, ötən həftə Avropa Şurasının iclası sübut edir ki, Avropa birləşdikdə öz təhlükəsizliyini və taleyini nəzarətə götürə bilər. 

“Ukraynanı bu şərtlərdə israr etməyə sövq edən möhkəm Avropa təhlükəsizliyinə olan maraqdır. Moskvanın Ukraynaya qarşı onilliklər boyu davam edən təcavüzünü yüngül qəbul edilə bilməz – Avropa liderləri bunu etiraf edir və biz onları indiki həssas məqamda ötən cümə axşamı Brüsseldə əldə edilmiş çoxvədli razılaşmaları həyata keçirməyə çağırırıq”, - deyə Yermak vurğulayıb.

Xatirə SADİQ