Nüfuzlu nəşr Tramp ələ saldı - “Ona Böyük Karl mükafatı verilməlidir”

“Financial Times” (FT) nəşri ABŞ prezidenti Donald Trampa istehza edib. 

Mar 11, 2025 - 17:20
Nüfuzlu nəşr Tramp ələ saldı - “Ona Böyük Karl mükafatı verilməlidir”

SAVASHMEDİA.az xəbər verir ki, nəşr özünün “X” səhifəsində yazıb ki, ABŞ prezidenti heç vaxt Nobel Sülh Mükafatını almayacaq. 

Nəşr hesab edir ki, lakin Tramp hər il Avropa birliyinə ən böyük töhfə vermiş şəxsə verilən Böyük Karl mükafatına güclü namizəd olmalıdır.

FT bu tvitə “Tramp Avropanı yenidən qüdrətli edir” başlıqlı materialın linkini əlavə edib. Həmin məqalədə deyilir ki, prezidentin Avropa İttifaqına təzyiqi, avropalı sağ radikalları dəstəkləməsi və Putinə rəğbət bəsləməsi Avropanı birləşməyə məcbur etdi.

Xatirə SADİQ