Dalağı çıxarıldı, gözünü itirə bilər... - Adəm Kadırovun gizlədilən qəzası

“Novaya Qazeta Avropa” nəşrinin yaydığı məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Qroznıda baş verən yol qəzasında ağır xəsarətlər alıb.

Feb 13, 2026 - 00:53
Dalağı çıxarıldı, gözünü itirə bilər... - Adəm Kadırovun gizlədilən qəzası

O, Moskvaya aparılıb, dalağı çıxarılıb, baş travması və çənə sümüyündə çat aşkarlanıb. Həkimlərin ən böyük narahatlığı isə görmə sinirinin zədələnməsi ilə bağlıdır – gəncin bir gözünü itirməsi riski olduğu bildirilir.

Qəza zamanı onu müşayiət edən mühafizəçilər daha ağır xəsarət alıblar. Onlardan biri – Bislan Kaimovun ömürlük iflic qalma ehtimalının olduğu qeyd edilir.

Hadisənin 16 yanvarda baş verdiyi, Adəm Kadırovun avtomobili özü idarə etdiyi və sükana nəzarəti itirdiyi iddia olunur. (musavat)