"Onunla mütləq görüşəcəyəm, mütləq" - Peter Magyar
Macarıstanın yeni Baş naziri Ukrayna ilə münasibətləri yenidən qurmağı planlaşdırır.
“Tisa” partiyasının lideri və parlament seçkilərinin qalibi Peter Magyar bu barədə mətbuat konfransında danışıb.
O bildirib ki, yeni hökumət bütün qonşu ölkələrlə müttəfiqlik, mümkün olduğu halda isə dostluq münasibətləri qurmağa çalışacaq:
“‘Tisa’ hökuməti bütün qonşularla əməkdaşlığa açıq olacaq”.
Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüş məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu görüş böyük ehtimalla baş tutacaq:
“Başqa yerdə olmasa belə, Avropa Şurasında mütləq görüşəcəyik, mütləq”.
Avropa İttifaqının Ukraynaya 90 milyard avro kredit ayırması məsələsinə toxunan Magyar qeyd edib ki, bu qərar artıq qəbul olunub və dəyişdirilməsi real deyil. Lakin o vurğulayıb ki, Macarıstan mövcud maliyyə çətinliklərinə görə bu prosesdə iştirak etməyəcək.
Yeni Baş nazir Ukrayna ilə bağlı diqqət çəkən başqa bir açıqlama da verib:
“Macarıstanda hamı bilir ki, Ukrayna bu müharibədə qurbandır”.
Bununla yanaşı, o əlavə edib ki, Budapeştlə Kiyev arasında münasibətlərin normallaşması üçün əsas şərtlərdən biri Ukraynadakı macar azlığının hüquqlarının təmin olunmasıdır.
Aytən
SAVASHMEDİA.az